Azərbaycanlı müğənni Türkiyəyə kimə görə gedib ?

Azərbaycanlı müğənni Türkiyəyə kimə görə gedib ?

Gənc ifaçı Aynişan Quliyeva Azərbaycanda maraqla izlənən məşhur türk serialı "Öyle bir geçer zaman ki..." türk serialının Metesi ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, görüş İstanbulda baş tutub. Aynişan "Mete" və Aras Bulutlu ilə tanışlığından məmnun qaldığını deyib. Müğənni onlarla yanaşı əslən azərbaycanlı olub, Türkiyədə yaşayan aktrisa Məlahət Abbasovayla da görüşüb.

Nəzərinizə çatdıraq ki, ifaçılıqla yanaşı, eyni zamanda ölkəmizin fəal gənclərindən olan Aynişan Quliyeva İslahatçı-Gənclər İctimai Birliyinin mədəniyyət katibi qismində İstanbulda bir çox görüşlərə qatılıb.

Qeyd edək ki, İB-in sədri Fərid Şahbazlı, baş katibi Hacıbəy Heydərli ilə İstanbulda təhsil alan gənclərimizlə görüşlər keçirib və bir sıra tədbirlərdə iştirak ediblər. İfaçının aktyor Aras Bulutlu ilə görüşü məhz bu tədbirlər çərçivəsində baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə