"Ya sevgilimin qolları, ya da səhnə..."

O, “sənət fədayəsi” olacaq?
"Ya sevgilimin qolları, ya da səhnə..."

Tanınmış müğənni Sevinc Ağaşirinova dünyanın ən dahi sənət adamlarının xəyalını arzulayır. SİA-ya açıqlama verən Sevinc bildirir ki, o da bir çox dünya şöhrtəli sənətkarlar kimi səhnədə ölmək istəyir.

"Ölmək barəsində düşünmürəm. Həyat çox gözəldir. Ancaq onu da nəzərinizə çatdırım ki, bu sənəti sevənlərin ömrü səhnədə keçir. Təbii ki, səhnədə ölmək də hər sənətçiyə qismət olmaz. Amma elə səhnədə dünyadan köçənlər "sənət fədayəsi" olur. Mən ya səhnədə, ya da sevgilimin qollarında ölmək arzusundayam. Amma tamaşaçıların qarşısında yox, tək və boş səhnədə ölərdim. İnsanların gözü qarşısında ölmək çətin, səhnədə tək ölmək isə xoş olar. Düzdür, mən də hamı kimi, ölmək istəmirəm. Sadəcə ağlıma gələn fikirlərdən danışdım".

Bütün xəbərlər Facebook səhifəmizdə