Xəbər verdiyimiz kimi, muğam ifaçısı İlahə İbadova "Qonşu qız" mahnısına klip çəkdirirdi. Sözügedən klip artıq hazırdır. Bu barədə SİA-ya müğənninin mətbuat katibi Ceyhun Məhərrəmov məlumat verib: "Qonşu qız mahnısına çəkilən klip artıq hazırdır. İlahə xanım həmin mahnını gənc həmkarı Taleh Ələsgərli ilə birgə ifa edib. "Qonşu qız" mahnısının sözləri Hüseyn Arifə, musiqisi isə Ələkbər Tağıyevə məxsusdur. Klipin rejissoru isə Aqilə həvalə olunub. Bundan əlavə olaraq xanəndə "Adımı qəlbinə yaz" adlı mahnısına klip çəkdirmək fikrindədir. O mahnının klip çəkilişləri isə bu yaxınlarda həyata keçəcək. "Adımı qəlbinə yaz" klipi hazır olduqdan sonra isə xanəndənin yeni albomu işıq üzü görəcək. Onu da deyim ki, klip və albom eyni gündə təqdim olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB