Xəbər verdiyimiz kimi 17 noyabr tarixində türkiyənin məşhur müğənnisi Emre Aydın paytaxtımızın qonağı olacaq. İfaçı "Buta Palace" səhnəsində möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Gecənin bir aparıcısı Lider TV-nin məşhur siması Murad Əzimzadənin olması barədə oxucularımıza xəbər vermişdik. Ancaq konsertin təşkilatçısı Əli Hüseynov səhnədə xanım aparıcının da olacağını açıqlamışdı. Artıq ikinci aparıcının da adı bəllidir. Belə ki, Muradla birgə Emre Aydını Bakı sakinlərinə təqdim edən xanım ATV-də çalışan aparıcı Günay Firuddinqızı olacaq.
Onu da bildirək ki, "A plus production" və "All Star"ın birgə təşkil etdiyi konsertdə Emre Aydınla yanaşı gənc azərbaycanlı müğənni Leyla Ramazanlı da çıxış edəcək. Müğənni gecəni daha da möhtəşəm etmək üçün Ukraynadan rəqs qrupu da dəvət edib. Leyla olduqca fərqli və cəsarətli rəqs nömrələri nümayiş edəcək.
Gecənin davamında möhtəşəm işıq effektləri və son texniki avadanlığın quraşdırıldığı səhnədə Türkiyənin məşhur DJ-i Erdi Erdoğan və bizim Çina da çıxış edəcək.
Onu da bildirək ki, konsertin detalları ilə bağlı 10 noyabr tarixində baş tutacaq mətbuat konfransında məlumat veriləcək.
Biletləri şəhərin bir çox satış nöqtələri ilə yanaşı, bu nömrələrdən də əldə etmək olar: 0505970080 və 0552210800.
Konsertin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə (sia.az) məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB