Dünən tanınmış müğənni Murad Sadıx özünə fərqli doğum günü keçirib. SİA-nın məlumatına görə, ən yaxın qonaqlarını evinə dəvət edən Murad "Home party" adlı əyləncəli gecə keçirib.
İfaçını təbrik etmək üçün evinə toplaşan qonaqlar sırasında müğənnilər Ayan Babakişiyeva, Günel Ələkbərova, Əminə, rəqqasə Nailə Dadaşova, prodüsser Sayqa, aktrisa-aparıcı Zümrüd Qasımova və Muradın ailə üzvlər var idi.
Gecənin ən maraqlı anlarından biri Muradın ev şaraitində canlı ifası olub. Mənzilini "Karaoke klub"a çevirən M.Sadıx qonaqlar üçün ən yadda qalan və sevilən mahnılarını səsləndirib.
"Home party"də əylənənlər isə əsl şou şahidi olublar. Qonaqlar Muradın canlı ifası ilə yanaşı ecazkar rəqqasə Nailə Dadaşovanın oriyental çıxışını da izləyiblər.
"Home party"də yaşananları eksklüziv olaraq SİA oxucularına təqdim edirik:
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB