Xəbər verdiyimiz kimi, tanınmış türk müğənnisi Emre Aydın Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı Əli Hüseynovun SİA-ya verdiyi məlumata görə, Emre şəhərimizə elə konsert günü gələcək: "Əslində, biz Emre ilə birgə mətbuat konfransı keçirməyi planlaşdırmışdıq. Ancaq onun digər bir ölkədə çıxışı olduğu üçün alınmadı. Emre Bakıya elə 17 noyabr tarixində gələcək".
Əli onu da əlavə etdi ki, konsertin bütün detallarını media nümayəndələrinə və tamaşaçılara çatdırmaq üçün təşkilatçılarla birgə mətbuat konfransı keçiriləcək. Konfrans 10 noyabr tarixində Bakının Kempinski otelində baş tutacaq.
Xatırladaq ki, "A plus production" və "All Star"ın birgə təşkil etdiyi konsertdə Emre Aydınla yanaşı "Buta Palace"nin səhnəsində gənc azərbaycanlı müğənni Leyla Ramazanlı da iştirak edəcək.
Hər iki müğənni ifalarını bitirdikdən sonra isə, qonaqların qarşısına qardaş ölkədən təşrif buyurmuş məşhur DJ Erdi Erdoğan və bizim Çina çıxacaq.
Biletləri şəhərin bir çox satış nöqtələri ilə yanaşı, bu nömrələrdən də əldə etmək olar: 0505970080 və 0552210800.
Konsertin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə (sia.az) məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB