Baloğlan Əşrəfov müğənniləri qınadı AÇIQLAMA

Baloğlan Əşrəfov müğənniləri qınadı AÇIQLAMA

Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov yeni işləri barədə danışıb. Baloğlan müəllim SİA-ya açıqlaması zamanı yeni mahnılarının olacağını deyib: "Bu aralar toylara çox getdiyimdən yeni mahnılar yazdırmağa vaxtım olmur. İnşallah məhərrəmlik ayında yeni musiqilər üzərində çalışmağı düşünürəm. Ancaq hələ ki vaxtım yoxdur".

Baloğlan Əşrəfov şou-biznes əhlinə söz atıb. O, yanlarında prodüsser gəzdirən ifaçılara iradlarını bildirib: "Bu vaxtadək mənim prodüsserim olmayıb. Yəni mənim telefonumu bu vaxtadək özümdən başqa heç kim açmayıb. Odur ki, yanlarında prodüsser gəzdirən müğənnilərə yaxşı münasibətdə deyiləm".

Bütün xəbərlər Facebook səhifəmizdə