Qış fəslinin ilk günü, dekabrın 1-də məşhur müğənni Xəyyam Nisanovun Heydər Əliyev Sarayında təşkil olunacaq konsertinə hazırlıqlar bütün gücü ilə davam edir. SİA-nın məlumatına görə, müğənninin sarayın səhnəsində çıxış edəcəyi konsert proqramı "Solo" adlanır.
Xəyyam repertuarında yer alan ən məşhur mahnıları ilə yanaşı, yeni musiqilərini də sələndirəcək. Bununla yanaşı, tamaşaçıları möhtəşəm duetlər də gözləyir.
Onu da bildirək ki, "Solo" layihəsi üzrə böyük yaradıcı komanda çalışır. Konsertin rejissoru Ülviyyə Könül, prodüsseri Murad Arifdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB