Bu dəfə “Aləm gözəl”in müəllifi danışdı

Bu dəfə “Aləm gözəl”in müəllifi danışdı

"Aləm gözəl" mahnısı ətrafında neçə gündür davam edən qalmaqala musiqinin müəllifi, nəqliyyat nazirinin oğlu, iş adamı Anar Məmmədov da münasibət bildirib.

O, öz mövqeyini Facebook sosial şəbəkəsindəki səhifəsində bildirib: "Son zamanlar mətbuatda "Aləm gözəl" mahnısı ətrafında yaranmış müzakirələr ilə əlaqədar olaraq, mövqeyimi açıqlamaq istəyirəm. Qeyd olunan mahnının müəllifi mənəm və mahnını öz Facebook səhifəmdə bölüşürəm".

A. Məmmədovun bölüşdüyü videoda isə mahnı məhz əməkdar artist Abbas Bağırovun ifasında səslənir. Bununla da müəllif öz seçimini nümayiş etdirib.

Xatirladaq ki, "Aləm gözəl" mahnısını indiyədək Abbas Bağırov, Ramal İsrafilov və Könül Kərimovanın ifasında dinləmişik. Bu günlərdə isə bu mahnını Brilliant Dadaşova oxuyub.

Əsl qalmaqal da bundan sonra yaranıb. Belə ki, Abbas mahnının bəstəkarına qarşı çıxaraq, "Aləm gözəl"in musiqisinin iş adamı Anar Məmmədova məxsus olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə