Azərbaycan estradasının məşhur siması, müğənni Sevda Yahyeyevanın Gürcüstana, klip çəkilişinə getdiyi barədə xəbər vermişdik. İfaçı artıq Bakıdadır. Qısa zaman ərzində hitə çevrilən "Sən" mahnısına çəkilən klip hazırlıq prosesindədir.
Müğənninin yeni prodüsseri Turanə Cəfərovanın SİA-ya verdiyi məlumata görə, səfər zaman kliplə yanaşı yeni və olduqca fərqli fotosessiya da çəkilib: "Bütün işçi heyəti gürcüstanlı idi. Sevda xanımla bağlı olan ən xırda detalları belə gürcü peşəkarlar işləyib. Klip yaxın zamanda tamaşaçılarımıza təqdim olunacaq. Hələlik isə çəkdirdiyimiz şəkillərin bir qismini Sevda Yahyayevanı sevənlərə təqdim edirik".
Diqqətli oxucularımza məlumdur ki, Sevda yola çıxmadan öncə də SİA-ya açıqlama vermişdi. Müğənni xüsusi ilə vurlamışdı ki, onun imici üzərində məhz gürcü peşəkarlar çalışacaq. Ancaq bizə daxil olan məlumata görə, müğənninin yanında məşhur azərbaycanlı stilist Anar Ağakişiyev də olub. Məsələ ilə bağlı Sevda özü bizə danışdı: "Bəli, mən qeyd etmişdim ki, imicim üzərində xarici peşəkarlar çalışacaq. Amma istədim Anar da yanımda olsun. Onun bəzi məsləhətləri ilə geyimlər seçdim. Ancaq əminliklə söyləyə bilərəm ki, klipdə olan görünüşüm məhz gürcüstanlı heyyətə məxsusdur. Vizajımı Anar etməyib".
Müğənninin yeni ərsəyə gətirdiyi şəkillərini ilk olaraq SİA oxucularına təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB