Məşhur aparıcı: "Mən qısa geyinirəm, onlar da geyinsin" MÜSAHİBƏ
Spacedə yayımlanan "Plus-minus" verilişinin aparıcısı Günel Hümbətovanın SİA-ya müsahibəsi:
-Günel xanım, efirə gəlişiniz ani oldu. Tamaşaçılar sizi tanımadan artıq hər gün efirdə görməyə başladılar. Hardan gəldiniz?
- Mən efirə birdən-birə çıxmamışam. 4 il bundan öncə "Yeni Ulduz-9" mahnı müsabiqəsində iştirakçı olmuşam və 8-ci yerə layiq görülmüşəm. Sonra 106 FM radiosunda müsabiqə keçirilirdi mən də qatıldım. Amma orada "Yeni Ulduz"da iştirak etdiyimi demədim və 1000-dən çox gənc arasından seçildim. Həmin radioda 3 ilə yaxın DJ işlədim. Hər gün saat 14:00-17:00-dək "Şou Time" verilişini apardım. Sonra efir üçün sınaq çəkilişinə qatıldım və rəhbərlik məni bəyəndi. "Bizim səhər" verilişindən başladım. Həftə sonları həmkarım Azər Şirinlə birgə canlı efiri aparırdım. Sonra rəhbərlik veriliş aparmağımızı çox bəyəndi və biz həftə içi 5 gün tamaşaçıların qarşısına çıxdıq. Ardınca isə filmlərlə bağlı "Sinema" verilişini apardım. Adət etmişik ki, aparıcılar sadə geyimdə olurlar. Amma mən hər dəfə fərqlilik edirdim. Hansı film haqqında danışırdımsa o filmə uyğun geyimlər seçirdim. Məsələn, hind filmi haqqında danışanda hind geyimində olurdum. Bir dəfə hətta "Zorro" filmini müzakirə edirdim və mövzuya tam uyğun geyimdə idim. Yəni mən can yandırırdım. Hətta yeri gələndə öz cibimdən pul xərcləyib geyimlər tikdirib, pariklər alırdım. Bütün bunları efir üçün edirdim. Ona görə də verilişimin sorağı yayıldı, heç nə cavabsız qalmır. Mən də digər aparıcılar kimi primitiv yanaşsaydım, həvəsim olmasaydı, indi belə səs-küy yaratmazdım. Mən həmçinin "ATV maqazin" verilişini də aparmışam. Onda da reytinq toplamağı bacardım. Hazırda bizim teleməkanda elə aparılıcılar var ki, 4-5 ildir efirə çıxır amma onları heç kim tanımır. Lakin ATV-nin efirinə 9 ay idi çıxırdım. Artıq hər kəs məndən danışırdı.
-Sizdən danışırdılar deyəndə, paxığı nəzərdə tutursuz?
-Hə o qədər paxıllıq var idi ki... Əslində, mən özümü şanslı biri hesab edirəm. Ola bilər ki, efir aparıcısına lazım olan bütün kriteriyalar məndə var, amma bununla yanaşı şansın da olmalıdır. Çünki o qədər gözəl aparıcılar var ki, nitqlərində və ya simalarında problem var. Mən özümü ona görə şanslı hesab edirəm ki, ən azından efirə uyğunam. Bunu təkcə mən yox, peşəkarlar da söyləyirlər.Yəni bacara bilməyənlər mənə paxıllq edirlər. Bayaq söylədim ki, 4-5 ildir efirdə olan həmkarlarım var ki, nə qədər can yandırırlar, amma heç nə alınmır. Bizim şou-biznesdə də səsi olmayıb, oxuyan müğənnilər çoxdur. Başa düşmürlər ki, əgər bacarmırlarsa demək parıldamayacaqlar. İnanın, mənim ürəyimdə heç bir paxıllıq yoxdur. Ona görə də Allah insanın ürəyinə görə verir.
- Əgər ATV-də işiniz belə yaxşı idisə, niyə oranı tərk etdiz? Reallığa baxanda, ATV-nin reytinqi Spacedən daha çoxdur.
-Düz deyirsiz! Mən Atv-də tanınmışam. Indi də məni görənlər "ATV maqazin"verilişinin aparıcısı deyirlər. Elə hər kəsi Spaceyə keçməyim maraqlandırır. Amma nəzərinizə çatdırım ki, Spacedə yayımlanan və mənim apardığım "Plus-minus" verilişi bir neçə həftə bütün maqazin verilişlərinin reytinqini üstələdi.
-Yəni siz tamaşaçını özünüzlə aparan teleaparıcısınız?
- Niyə də yox? Bəli, bu mümkündür. Bizim nə qədər aparıcılarımız var Spacedə- Xədicə, Tural və digərləri, onlar öz səviyyələrini qoruyurlar, adlarını saxlayırlar. Elə Spacedə çalışa-çalışa adlarını brend etməyi bacarıblar. Sözüm ondadır ki, hansı kanalda çalışdığın şərt deyil. Mən az öncə həmkarlarım dedim, yani ATV-nin işçilərini nəzərdə tuturdum. Onlar hər cür veriliş aparıblar. Səhər, günorta, gənclərə aid olan və digər müxtəlif proqramlarda görünüblər. Amma bu insanlar hələ də tanınmır. Bir aparıcı kimi öz sözlərini deyə bilmirlər. Təbii ki, bu hər birinə aid deyil. Yaxşı aparıcılar da var. Burada tək gözəllik lazım deyil.
-Yəqin hiss edirsiniz ki, çox ədalı və özündən razı təsir bağışlayırsız. Elə buna görə də sizi çox qınayırlar.
- Qınayırlar, ədalı və özümdən razıyam? Vallah nə bilim, xanım ədalı olar da! Düzdür, mənə kənardan baxanda deyirlər ki, özündən razıdır.
-Sizdə nə var ki, insanlarda qıcıq yaradır?
-Mən də onu anlaya bilmirəm. Mən qısa geyinirəm, onlar da geyinsin. Yəni mən heç kəsin qarşısını almamışam. Mən öz yerimi tutmuşam. Çoxları məni qınaya bilər ki, hə, Günel gəldi iki veriliş birdən apardı. Amma tarixə nəzər salsaq, görərir ki, yerlər dəyişir. Ən yaxşı kimdisə o da qalır. Mən indi Spacedə olduğum üçün çox şadam. Həmin kanalda yayımlanan verilişim "SOY production" layihəsidir. Hələ təzədir, ola bilər çatışmayan cəhətlər var. Bir də açıqlama verim, mən az öncə söylədim ki, "Yeni Ulduz"da oxumuşam. Bundan sonra da ifaçı kimi çıxış etməyi düşünürəm. Hamı deyir ki, səsin var, niyə oxumursan? Dostlarımın köməyi ilə yeni mahnılar da hazırlamışam. Mən çox iddialıyam. İddiyasız insan ölsün də, yaşamasın.
-Müğənni Günay İbrahimli ilə birgə veriliş aparırdınız. Ancaq diqqətli tamaşaçılar görürdü ki, siz daha aktivsiz. Günayı sanki danışmağa qoymurduz...
-Mənim, bundan öncə apardığım verilişdə də redaktora ehtiyacım olmayıb. Əslində maqazin verilişində aparıcının deyəcəyi sözlər əvvəlcədən hazır olmalıdır. Mən isə ona ehtiyac duymuram. Çəkilişdən öncə redaktora deyirdim ki, siz mənə mövzunu və hədəfi deyin, mən özüm hazırlayacam. Ancaq indiki verilişimdə belə deyil. Cümlələri öncədən redaktor hazırlayır. Birdə ki, Günay orada ifaçı kimi çəkilir. Aparıcılq isə mənim üzərimdədir. Ancaq mən onu üstələmirəm. Mənim sözüm artıq yazılırsa, bu, mənim günahım deyil.
-Bilirəm ki, yaşınız azdır ancaq öz yaşınızdan daha çox işlər görməyi qarşınıza məqsəd qoymusuz. Çətin gəlmir ki?
-Bəli 21 yaşım var, demək olar ki, 17 yaşımdan efirdəyəm. Mədəniyyət və İncəsənət Universitetində oxuyuram, 3-cü kursa keçdim. Günay da qrup yoldaşımdır. Mən ixtisasca müğənniyəm. Cavid Hüseyn və Cavan Zeynallı müəllimim olub.
Bəlkə bir az da şəxsi həyatınızdan danışaq?
- İnandırım sizi, sevgilim yoxdu. Ətrafımda dəhşətli dərəcədə məni istiyənlər var. ATV-də mənə həmişə çoxlu güllər gəlirdi. "Facebook"da da bir oğlan yazırdı mən cavab yazmırdım. Bir gün böyük smaylik formasında gül göndərmişdi. Yəni o cəhətdən istəyənlər çoxdur. Amma hələ də istədiyim o ağ atlı şəhzadəmi gözləyirəm.
-O gözlədiyiniz şahzadəni bizə də təsvir edin
-Nə bilim, bəzi kriteriyalar var ki, onlara uyğun gəlməlidir. Həqiqətən, hələ sevgilim yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB