Müğənni özünü tərifləyir

Azərbaycanın tanınmış müğənnisi Xatirə İslam ona özündən razı olduğunu irad tutan insanlara cavab verib. SİA-ya açıqlama verən ifaçı xanım özünü tərifləyib: "Məni tanıyan və tanımayan insanlar özümdən razı biri olduğumu deyirlər. O, insanlara cavab vermək istəyirəm ki, keyfiyyətli səsə, gözəl bədən quruluşuna sahib olan xanımam. Sənətim və yaradıcılığım göz önündədir. Odur ki, nəyə görə özümdən razı olmamalıyam? Bu günədək özümdən razı olmuşam, bundan sonra da belə davam edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə