İstedadlı müğənnidən növbəti yenilik

İstedadlı müğənnidən növbəti yenilik

Azərbaycanın gənc və istedadlı müğənnisi Nurlan Təhməzlinin uzun zamandır üzərində işlədiyi "Hər kəsə inad" adlı yeni mahnısı işiq üzü görüb. SİA-ya bu haqda müğənninin prodüsseri Pənah Eldaroğlu məlumat verib: "Nurlan Təhməzli hər zaman üzərində işləyən ifaçıdır. Adıçəkilən müğənni daima yeniliklər etməyi sevir. O, bu dəfə də ənənəsinə sadiq qalaraq "Hər kəsə inad" mahnısını üzə çıxardı. Nurlanın həmin mahnıya klip çəkdirmək fikri də var. İnanırıq ki, bu mahnı 2012-ci ilin ən hit musiqisi olacaq. Ən əsası isə tamaşaçıların xoşuna gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə