SİA "Mən beləyəm" adlı rubrikanın ilk qonağını təqdim edir...
Tanınmış müğənni Sevinc Ağaşirinovanı daha yaxından tanımağa qərar verdik. Fotokameramızın önünə keçərək, fərqli pozlar verən müğənni "Mən beləyəm" rubrikasına fərqli tərəflərini açıqladı : "Mən bəzən çox əsəbi, bəzən isə dünyalar qədər sakit ola bilərəm. Bəzən heç nə vecimə deyil, bəzən isə hər kəsin dərdinə yanan oluram. Zamanla heç kimlə danışmaq istəmirəm, sonra isə hər kəslə dil tapıram. Çox prinsipial və tərsəm! Yeri gələndə, yumruğumu belə işə salaram".
Əqrəb bürcündən olan Sevinc elə əqrəb kimi sanca biləcəyini də istisna etmir: "Elə sancaram ki, dərdinə dərman belə tapılmaz".
Sevinc əslində çox həssas və romantikdir: "Ən əsası da mən sevgisiz bir gün belə yaşamağı bacarmayanlardanam. Ehtiraslı və cazibədar olduğumu da etiraf edirəm".
Dostluqda etibarı sevən müğənni əlindən pislik gəlmədiyini xüsusi ilə vurğuladı: "Mən dostluq münasibətlərində çox sadiqəm. Baxmayaraq ki, dost dediklərimdən nankorluq görmüşəm. Amma yenə də güvənilə biləcək insanam.
Həyatda hər kəs etdiyinin qarşılığını alır. Hər kəsin pisliyi öz qabında elə öz qaşığına çıxır. Mənim düşmənim yoxdur".
Onu da bildirək ki, Sevinc Şirin qızı Ağaşirinova 27 oktyabr 1983-ci ildə Bakıda doğulub. Müğənninin səhnə fəaliyyəti 6 ildir davam edir. Əvvəllər "Wad-an" adlı qrupda oxuyan müğənni sonradan solo karyeraya başlayıb. Sevincin 15-dən çox mahnısı və 4 klipi var.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB