“Heç bir halda soyunmaram”

Azərbaycanlı xanəndə İlahə İbadova son zamanlar gündəmdən düşmək istəmir. İfaçı yeni fotosessiyalarla diqqət cəlb edir. Onun fotokamera yaddaşına köçürdüyü son şəkillər də müzakirə obyektinə çevrilib.

Şəkillərdə fərqli görünən İlahə xarici görünüşü ilə bağlı SİA-ya açıqlama verib. Dəbdən danışan xanəndə maraqlı fikirlər səsləndirib: "Mən dəblə geyinməyi sevirəm. Amma bu o demək deyil ki, mən dəbdə olub mənə yaraşmayan geyimə üstünlük verəcəm. Ancaq həmkarlarım zövq məsələsində bu amili unudurlar. Əgər bir geyim insana yaraşmırsa, onun dəbdə olması önəmli deyil. Mən zövq məsələsində sadəliyə üstünlük verirəm. Bilmirəm, nə dərəcədə zövqlü geyinməyi bacarıram. Hərhalda bunu tamaşaçılar daha yaxşı bilir".

Bütün xəbərlər Facebook səhifəmizdə