Vur-çatlasın, çal-oynasın

Naxçıvanda "Xalq konserti" adlı möhtəşəm konsert proqramı keçirilib. SİA-nın xəbərinə görə, konsertdə şou-biznes əhli də iştirak edib. Gecəni idarə etmək isə tanınmış teleaparıcı Nanə Ağamalıyevaya həvalə olunub. Sözügedən proqramda tanınmış estrada ulduzları Rəhim Rəhimli, Briliant Dadaşova, Könül Kərimova, Cabbar Musayev, Günel Məhərrəmova, Elnur Məmmədov, Dj Çina və başqaları dəvətli olub.

Qeyd edək ki, konsert zamanı güclü yağışın yağmasına baxmayaraq, şou-biznes əhli o ki var vur-çatlasın ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə