Fatimə Fətəliyeva rəqsdən nə vaxt gedəcək? AÇIQLAMA

Fatimə Fətəliyeva rəqsdən nə vaxt gedəcək? AÇIQLAMA

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva gələcək fəalliyəti ilə bağlı maraqlı açıqlama verib. SİA-ya danışan Fatimə hətta rəqs etməyəcəyini də dilə gətirib: "Mən axı səhnədən mədəni getməliyəm. İstəmirəm desinlər ki, daha getmək zamadır, sağ ol! Özüm, necə deyərlər, "urvatlı" gedəcəm. Rəqsin ömrü çox azdır".

Fatimə zamanla rəqs etməkdən imtina etdiyini açıqlasa da tam bu peşədən uzaqlaşmayacağını da gizlətmədi: "Bunun üçün bizneslə yanaşı mən öz məkəbimi yaratmaq istəyirəm. Tək fikrim, cavanlara dəstək olmaqdır. Ancaq heç vaxt rəqqasəlikdən tamami ilə uşaqlaşmayacam. Özüm oynamasam da gənclərin irəli getməsi üçün əlimdən gələni edəcəm. Mən onların arxasında dayanacam. Onlara kömək olacağam".

Qeyd edək ki, Fatimə bü gün el şənlikləri üçün nəzərdə tutulan aksesuarların satışı ilə də məşğuldur. Rəqqasənin şəxsi dükanı var: " Mən həm də biznes sahəsində çalışıram. Rəqslə yanaşı gələcəkdə yaddaşlarda "biznes ledy" kimi də qalmaq istəyirəm".

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə