Gənc azərbaycanlı rəssam Məhər Məhərrəmov məhşur simaların portretini çəkir. SİA-ya açıqlama verən rəssamın sözlərinə görə, bu, onun ən sevdiyi işdir: "Uşaqlıqdan rəssamlıq edirəm. Məşhur xanımları çəkmək isə xoşuma gəlir. Qadın-gözəllik simvoludur. Mən də bu simvolu öz əsərlərimdə nümayiş etdirməyi çox sevirəm".
Gənc rəssamın əsərlərində daha çox Azərbaycan, Türk və Rus simaları əks olunub. Məhərin ən sevdiyi aktrisa Merlin Monro ilə yanaşı "Muteşem Yüzyıl" serialındakı "Hürrəm Sultan" və Amerikanın məşhur müğənni-aktirisası Natalya Oreyrodur. Rəssam Azərbaycan estradasından isə xalq artisti Aygün Kazımovanı çəkib.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB