Azərbaycan, Özbəkistan və Qazaxıstan

Azərbaycan, Özbəkistan və Qazaxıstan

Azərbaycanın əməkdar artisti Azərinin TRT Avaz telekanalında yayımlanan "Azərinlə bir Avaz" verilişinin növbəti qonaqları bəlli olub. SİA-nın məlumatına görə, əməkdar artistimizin bu dəfəki hömsöhbəti Özbəkistanın tanınmış müğənnisi Şerzod Ortikov və Qazaxıstanın çox populyar ifaçısı Nurcan Tolendiyev olacaq.

Həmişə olduğu kimi, bu dəfə də sənətçi verilişində Türkdilli dövlətlərin ortaq mədəniyyətindən söhbət açacaq. Eyni zamanda veriliş boyu Azərbaycan musiqisi barədə də qonaqlara məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə