Xəbər verdiyimiz kimi 17 noyabr tarixində Türkiyənin məşhur müğənnisi Emre Aydın paytaxtımızın qonağı olacaq. SİA-nın məlumatına görə, "A plus production" və "ALL Stars"ın birgə təşkil etdiyi konsert Bakının dəbdəbəli məkanlarından olan Buta Palacedə keçiriləcək. Bunu Emre Aydın özü də təsdiq edib. Müğənninin məlum olan səfərləri arasında Bakı konserti xüsusi ilə qeyd olunub. Emre twitter mikroblokunda da Azərbaycana gələcəyi haqda status yazıb.
Təşkilatçı Əli Hüseynovun verdiyi məlumata görə, konsert bilətlərini şəhərimizin bir çox satış nöqtələrindən əldə etmək mümkündür: "Hələki biletin qiyməti 40 manatdan başlayır. VİP yerlər isə 100 manatdır. Ancaq konsertə yaxın qiymətlər qalxacaq".
Qeyd edək ki, konsertin informasiya dəstəyi SİA.Az-a məxsusdur.
Əlavə məlumat əldə etmək üçün 0505970080 nömrəsi ilə əlaqə saxlamaq olar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB