Bir neçə saat öncə dünya şöhrətli müğənni Rihanna Bakıda ilk konsertini verib. SİA-nın məlumatına görə, "Omnikoma Music Grup" şirkətinin təşkilatçlığı ilə baş tutan konsert "Kristal Zal"da keçirilib.
Ulduzun çıxışından öncə səhnəyə əslən azərbaycanlı, hazırda "Universal Music Grup"da çalışan müğənni Gültəkin çıxıb. 20 dəqiqə ərzində bir neçə xarici mahnı ifa edən Gültəkin sonra səhnəni DJ Magnura verib. Gəncləri əyləndirən Magnur konserti əsl diskotekaya çevirib. Xarici musiqi pillələrini zəpt edən mahnılar səsləndirən Magnur "Kristal Zal"da əsl isdiham yaşadıb.
Konsertə baş verən ən maraqlı anlardan biri isə "Natiq" ritm qrupunun səhnəyə çıxması olub. Möhtəşəm musiqi nömrələri təqdim edən qrup "Sarı gəlin" mahnısını da səsləndirib.
Qrupun çıxışından dərhal sonra səhnəyə iki saata qədər tamaşaçılara intizar yaşadan Rihanna gəlib. Cəsarətli geyimi və qara eynəyi ilə 25 minlik tamaşaçı auditoriyasının qarşısına çıxan ulduz unudulmaz şou nümayiş etdirib.
"Salam Bakı. Özünüzü necə hiss edirsiz? İnana bilmirəm ki, mən burdayam. Sizdən böyük enerji alıram. Utanmayın, mənimlə birgə rəqs edin", - deyən Rihanna ölkəmizə sevgisini də dəfələrlə dilə gətirib: "Bakı, mən səni sevirəm".
Özünün ən sevilən mahnılarını səsləndirən Rihanna rəqsləri ilə də seçilib. Rəqs qrupu ilə səhnəni bölüşən Rihanna təxminən 50 dəqiqəlik çıxış nümayiş etdirib.
Konsertin sonunda isə müğənni gözlənilməz hərəkət edib. Ulduz cangüdənin böynuna əyləşərək onu sona qədər ayaqüstə izləyən tamaşaçıların yanına enib.
Türkan MƏMMƏDLİ
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB