Azərbaycanlı teleaparıcının toyu belə keçdi

Azərbaycanlı teleaparıcının toyu belə keçdi

Oktyabrın 5-də Lider TV-də yayımlanan "Təmir menyusu" verilişinin aparıcısı Elçin Qorçuyev subaylıqla vidalaşıb. SİA Milli.Az-a istinadən xəbər verir ki, eleviziya sahəsində çalışan populyar simalardan fərqli olaraq Elçin özünə dəbdəbədən uzaq, əsasən qohumlarının iştirak etdiyi toy çaldırıb.

Teleaparıcı dostları Cavid Gül və Şəhriyar Əbilovun idarə etdiyi məclisdə müğənnilər Emil Bədəlov, Natavan Həbibi, Elvin, Leyla Ramazanlı, Günel Ələkbərova və başqaları iştirak ediblər.

Lider TV-də çalışan həmkarları Zemfira Adıgözəlova, Murad Əzimzadə, Novruz Məmmədov, Zaur Mirzəzadə, Müşfiq Kərimov, Rəqsanə Məmmədova, rejissor Anar Hüseynov da bu xoş günə sevinənlər sırasında olublar.

Teleaparıcının evləndiyi xanımın adı Nigardır. Onların ailəsi sevgi üzərində quruldu.

Allah xoşbəxt eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə