Azərbaycanın xalq artisti, "Cənab Qızıl Şlyager" Faiq Ağayev yaman qəzəblənib. Buna səbəb isə sənətçinin aktiv istifadə etdiyi facebook sosial şəbəkəsində qarşısına çıxan haqsızlıq olub. SİA-nın məlumatına görə, xalq artisti bildirir ki, bəzi həmvətənlərimiz düşmənimiz olan Ermənistanın "Yerevan" adlı mətbu orqanını bəyənir. İfaçı hətta buna subut olan foto də paylaşıb: "Anlamıram, hansı azərbaycanlı bunu bəyənir? Fərqindəsiz, nəyi bəyənirsiz? Ar olsun "dığaların" jurnalını bəyənənlərə".
Xalq artistinin bu sözlərinə bəzi istifadəçilər sərt reaksiya verib. Həmvətənlərinimiz azərbaycanlıların düşmənə dəstək çıxmasına müxtəlif yollarla haqq qazandırmağa çalışıblar. Faiq Ağayev onları da cavabsız qoymayıb: " Fikrimi Azərbaycan vətəndaşı və xalq artisti kimi bildirmək ixtiyarımdır. Dağıl ey dünya! Stajımdan yaşı az olan birisi məni məzəmmət edir. Mən susum, digərləri sussun, sonucda da torpaqlarımız kimi "Sarı gəlin"i də "dığalara" "tolerantlıq" xətrinə bəxş etməyə müvəffəq olaq. Şərh yazan və erməniləri bəyənənlərə isə sözüm budur- siz yalnış mövqeyinizdə qalın, mənə öz nöqteyi-nəzərim bəs edər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB