Dünyaca məşhur reper Basta Rayms Azərbaycana gəlir. SİA-nın məlumatına görə, o, konsert proqramı ilə paytaxt sakinlərini sevindirəcək.
Reperin Bakı konsertinin təşkilatçısı Level və Dreamexe productionlardır. 10 noyabr tarixində Buta Palace zalında çıxış edəcək reperi həmkarı Spliff Star müşayiət edəcək. Gecədə həmçinin yerli DJ-lər Shock və Pancho da çıxış edəcək.
Qeyd edək ki, tədbirə 18 yaşdan aşağı gənclər buraxılmayacaq. Məhz buna görə biletləri yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə almaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB