Müğənninin “dəlixana” avtomobili

“Biyabr oldum”

Yenicə müğənniliyə başlayan tarzən Humay Qədirova artıq şou-biznes "qaydalarına" riayət edir. Bu günə qədər heç bir yerdə şəxsi mülkünü nümayiş etdirməyən Humay "ənənəsini pozdu". SİA-nın fotokamerasına tuş gələn müğənni-tarzən qara rəngli "Toyota Prado-2012" markalı avtomobilini təqdim etdi.

Sözün düzü, müğənninin avtomobili səliqəsiz idi. Tarzən xanım nə qədər çalışsa da avtomobilinin arxa oturacağında olan səliqəsizliyi gizlədə bilmədi. Humay arxa oturacaqda sanki ikinci qarderobunu qurmuşdu: "Biyabr oldum, ora dəlixanadır, zibilliyə bənzəyir. Sənətimə başım qarışıb, neçə vaxtı maşından xəbərim yoxdur. Vaxt çatdıra bilmirəm ki, səliqəyə salım".

Onu da qeyd edək ki, Humayın özünə aldığı bu Pradonun qiyməti 40 min dollardır.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə