Azərbaycanlı teleaparıcı nişanlandı?

Azərbaycanlı teleaparıcı nişanlandı?

ATV telekanalının aparıcı simalarından olan Günay Firuddinqızının nişanlanması haqda xəbərlər dolaşır. Aparıcıya facebookda istifadəçilərdən biri nişanlanma təklifi edib və teleaparıcı qəbul edib. Günayın sosial şəbəkədəki dostları onu təbrik etməyə başlayanda isə aparıcı nə baş verdiyini anlayıb.

SİA-ya eksklüziv açıqlama verən Firuddinqızının sözlərinə görə, ona nişanlanmağı 10 yaşlı fanatı təklif edib və Günay onu tanıdığı üçün təklifi oxumadan qəbul edib: "Bunu edən mənim balaca fanatımdır. 10 yaşlı bu uşaq hər gün mənə facebookda gözəl sözlər yazır. Mən də öyrəşdiyim üçün ondan gələn təklifləri qəbul edirəm. Bu dəfə də belə oldu. Heç baxmadım ki, o, mənə nişanlanmaq istəyini göndərir. Qəbul edəndən sonra isə telefonlarım susmaq bilmədi. Mən bunu kiçik bir anlaşılmazlıq hesab edirəm. 10 yaşlı fanatımı isə çox istəyirəm".

Özü belə razılıq vermədən şəxsi həyatı müzakirəyə çevrilən aparıcı ona elçi gələnlərdən də söz açıb: "O ki qaldı mənim ailə həyatı qurmağıma, hələ bu barədə dəqiq bir fikrim yoxdur. Amma onu deyim ki, qapımızı döyənlər çoxdur. Hətta xaricdən elçi gələnlər də var. Bu yaxınlarda İrandan gəlmişdilər. Amma mən ancaq həmvətənimlə ailə həyatı qurmağı düşünürəm. Bir də ki, ilk növbədə mənim ailəmdir. Onlar kimi məsləhət görsələr, ona da gedəcəm. Çünki onlar mənim böyüyüm olmaqla yanaşı, həm də həyat təcrübəsinə malikdirlər. Qismət nədirsə o da olacaq. Hələ ki, ailə həyatı barədə düşünmürəm. Mən bütün enerjimi işimə sərf edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə