Azərbaycanlı teleaparıcının ikiqat sevinci

Azərbaycanlı teleaparıcının ikiqat sevinci

Bu gün məşhur azərbaycanlı şoumen Murad Arif üçün xüsusi gündür. SİA-nın məlumatına görə, aparıcı bu gün həm doğum həm də toy gününü qeyd edir. Yaşını gizli saxlayan aparıcı bir il öncə, məhz bu tarixdə sevib-seçdiyi Cəmilə xanımla ailə həyatı qurub. Muradı facebook sosial şəbəkəsindəki saysız-hesabsız dostları təbrik atəşinə tutub.

Onu da qeyd edək ki, Murad Lider TV-də "Solo" verilişini aparır. O, həm də bəstəkardır.

Təbrik edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə