İstedadlı bəstəkar iş başında

Azərbaycanlı bəstəkar Pərviz Mahmudov bir neçə yeni mahnı üzərində çalışır. Bu barədə musiqiçinin özü SİA-ya açıqlamasında deyib: "Yeni mahnılar üzərində çalışıram. Onlardan ikisini yaxın günlərdə dinləyicilərin ixtiyarına buraxacam. Sözügedən mahnılardan biri müğənni Sevda Yahyayevanın repertuarında "Sən" və yeni sənətə gəlmiş müğənni Sevanın ifasında səslənən "Eşq dəlisi" adlı musiqiləridir. Onu da deyim ki, Sevdayla artıq beşinci iş birliyimizdir. Tamaşaçılar da bizim iş birliyimiz bəyəndikləri üçün yeni mahnılarımızın olub-olmaması haqqında tez-tez maraqlanırlar. Nəzərinizə çatdırım ki , "Sən" adlı mahnının sözləri Aygün İsmayılovaya, aranjemanı Ramin İsmayıla məxsusdur. Qaldı ki, Sevaya o da istedadlı və bacarıqlı müğənnidir. Ona da işlərində uğurlar arzu edirəm. Onu da xüsusilə qeyd edim ki, radiolarda səslənən bir çox hit mahnıların müəllifi olsam da heç vaxt arxayınlaşmamışam. Çünki hər yeni mahnım digərinə rəqibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə