"Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Safurə Əlizadə bu yaxınlarda 20 yaşını qeyd edib. SİA-nın məlumatına görə, müğənni bu gün facebook səhifəsində ad günündən olan fotolarını paylaşıb.
Safurə bacını Fidan və bir neçə rəfiqəsi ilə birgə klubların birində əylənib. Özəl günündə çox sevinən Safurə düzənlədiyi kiçik mərasimdə baş verənləri sosial şəbəkədəki dostları ilə bölüşüb.
Onu da bildirək ki, Avropada işləmək istəyən və dünya arenasına sənətini nümayiş etməyə iddialı olan Safurənin ailə quracağı barədə də xəbərlər dolaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB