Dünya şöhrətli aktyor Bakıya gəlir?

Dünya şöhrətli aktyor Bakıya gəlir?

Dünyanın məşhur hind aktyoru, qızların sevimlisi Şahrux Xan Bakıya gəlmək fikrindədir. SİA-nın məlumatına görə, bunu Azərbaycanın əməkdar artisti, aktyor və teleaparıcı Əkbər Əlizadə Space kanalında apardığı verilişində bildirib. Aktyorun sözlərinə görə, Şahrux hələ uşaq ikən Qurban Səidin "Əli və Nino" əsərini oxuyub və o gündən Bakını ziyarət etmək istəyir. Səfərin tarixi dəqiq bəlli olmasa da, aktyor yola oğlu Aryanla birlikdə çıxmağı düşünür.

Qeyd edək ki, Şahrux Xan Bollivudun 100-dən çox filmində çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə