Flora Kərimova “Yalan imiş" deyir

Azərbaycanın xalq artisti Flora Kərimovadan yenilik var. Xalq artisti hazırda yeni klip çəkilişindədir. SİA-ya eksklüziv açıqlama verən Flora xanım bunları deyib: "Hazırda çəkiliş meydançasında "Yalan imiş" mahnısına klip çəkdirirəm. Sözügedən klipi rejissor Cavid lentə alır".

Qeyd edək ki, "Yalan imiş" mahnısının musiqisi Elçin İmanova, sözləri isə Xanım İsmayılqızına məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə