“Yazıqlar, nə gündəsiniz?” MÜSAHİBƏ

“Yazıqlar, nə gündəsiniz?” MÜSAHİBƏ

Azərbaycanın məhşur müğənnisi Nüşabə Ələsgərlinin SİA-ya müsahibəsi:

- Nüşabə xanım, bəzi həmkarlarınız özlərinə ləqəb götürürlər. Siz niyə götürmürsüz?

- Özlərinə ad qoyan ifaçılara pis baxmıram. Kimə necə xoşdur, onu da edir. Məni bu vaxtadək Nüşabə Ələsgərli kimi tanıyıblar. Odur ki, adımı dəyişdirməyə və ləqəb götürməyimə ehtiyac yoxdur.

- Son zamanlar qalmaqallardan kənar qalmısınız. Şou-biznesin bir-birinə dəyən vaxtında bunu necə bacarmısınız?

- Sənətə ilk gəldiyim gündən heç kimin bostanına daş atmamışam. Mənimlə dalaşmaq istəyən müğənni də olmayıb. Onu da deyim ki, şou-biznesdə qalmaqalın yaranmağına səbəb mikrafon olub. Bəllidir ki, eyni məclislərdə iştirak edən ifaçılar birinci çıxış etmək üçün bir-biri ilə savaşırlar. Allaha şükürlər olsun ki, bu vaxta qədər mənə pərdə arxasında və ya səhnədə hörmətsizlik etməyiblər. Hər zaman hörmətlə yanaşıblar.

- Sənətkarlarla gənc ifaçıların mikrafon davasına çıxması nə dərəcədə düzgündür?

- Çox pis baxıram və gənclərə Allahdan səbr diləyirəm. Ancaq ola bilsin ki, çəkilişə və ya toya getməyə görə tez oxuyub çıxmaq istəyiblər. O baxımdan da sənətçilərlə dava edirlər. Ancaq karifeyləri saymayan cavan ifaçılara gülməyim gəlir. Hətta onlara demək istəyirəm ki, yazıqlar, nə gündəsiniz? Yeni oxuyan müğənnilərə məsləhət görərdim ki, özlərindən razılıq etməsinlər. Çünki biz bəndələrdən də öncə Allah elə insanları sevmir. Atalar düz deyib ki, "Ağac bar verdikcə başını aşağı əyər". Mənim tərbiyəmdə isə böyük-kiçik yerini bilmək, sadə və səmimi olmaq var. Özlərindən razı olan insanlar savadsızdırlar. İndi ki, cavan ifaçılar ən azından yaxşı təhsil almalıdırlar ki, təlim-tərbiyənin nə demək olduğunu bilsinlər.

- Özlərindən razı müğənnilər dedikdə kimləri nəzərdə tutursunuz?

- Kiminsə adını çəkmək istəmirəm. Çünki hər kəs görür ki, onlar kimlərdir. Eyni zamanda da efirlərdə etdikləri hərəkətlərdən kimin hansı xasiyyətə malik olduğu ortaya çıxır.

- Nüşabə xanım, bəs sizi qane edən ifaçılar kimlərdir?

- Elçin Cəfərovun səsini çox bəyənirəm. Onun səsi məni yaxşı mənada təəccübləndirir. Yenicə fəaliyyətə başlayanda adıçəkilən müğənninin kilipini izləyib, çox bəyənmişdim. Estrada və muğam janrında mahnılarına qulaq asdım. Bir sözlə Elçin Cəfərovun ifa tərzi xoşuma gəlir.

- Azərbaycanlı müğənnilərin xarici ölkələrdə əcnəbi rejissorlara klip çəkdirməklərinə səbəb nədir?

- Azərbaycanda yetərincə məkanlar və rejissorlar var. Rejissorlarımız da çox maraqlı ideyalara sahibdirlər. Sadəcə o ideyalardan istifadə etmək lazımdır. Azərbaycanlı klipmekirlər xarici rejissorlardan üstündürlər. Çünki hazırda müasir dövrdə yaşayırıq və çox şey komputerlə idarə olunur. Nəyisə öyrənmək istədikdə internet vasitəsi ilə əldə edə bilirik. Xüsusi məktəb keçməyə ehtiyyac yoxdur. Bir sirrin üstünü açıqlayım ki, özlərinə güvənən rejissorlar amerikanlı klipmeykerlərdən öyrənirlər. Texnikamız zəif ola bilər, ancaq rejissorlarımız güclüdür.

- Azərbaycanlı müğənnilərin geyimi sizi qane edirmi?

- Onların geyimlərini təhlil etmək istəməzdim. Ancaq həmkarlarım paltar seçimində əziyyət çəkirlərsə mütəxəssislərə, yəni stilistlərə müraciət edə bilərlər. Bir sözlə, müasir dövrlə uzlaşmaq lazımdır. Kiməsə məsləhət görəndə ki, bu libas sənə yaraşmır, əsəbləşir və ya söyləyir ki, bu paltarda özünü rahat hiss edir. Odur ki, kimə nə yaraşır onu da geyinsin.

- Şou-biznesdə küsülü olduğunuz müğənni varmı?

- Kiminləsə küsülü olmağı sevmirəm. Kimdənsə də inciyəndə barışmağa üz yeri qoyuram.

- Bəs, həsəd apardığınız insan var?

- Uşaq vaxtında yaxşı mənada sinif yoldaşıma paxıllıq edirdim. Onun gündəliyində 5 qiymətinin sayı çox olanda özümü narahat hiss edirdim və özüm-özümə əsəbləşirdim. Ancaq yaradıcılıq baxımından heç kimə paxıllıq etməmişəm. Çünki hər yerdə bəxtim gətirib. Gərək paxıllıq çəkdiyim insanın uğurları hədsiz çox olsun və ya onun əldə etdiyi uğurları mən edə bilməyim. Doğrusu bu zamanadək bir çox şeylər edə bilərdim. Edə bilməmişəmsə, onun səbəbkarı özüməm.

Bütün xəbərlər Facebook səhifəmizdə