"Birliyə Doğru" İctimai Birliyi yeni layihəsi olan SÜRMƏ gözəllik MƏKTƏBİnin rəsmi açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, açılışda stilist Samir Əliyev, tanınmış model Züleyxa Akçurina, məhşur teleaparıcı Zemfira Adıgözəlova, "Damla" aztəminatlı ailələrə yardım təşkilatının nümayəndəsi, SOS Uşaq Kəndlərinin Marketinq departamentinin rəhbəri Rasif Dünyamalıyev və digər QHT və media nümayəndələri iştirak edib.
Onu da bildirəkki, layihənin məqsədi gözəllik məktəbi vasitəsilə kimsəsiz qızlara stilistika sənətini öyrətmək, onların bu peşəyə yiyələnməsinə, cəmiyyətdə öz yerini tapmasına imkan yaratmaqdır. Onlara peşəkar mütəxəsislər dərs deyəcək. Dərsləri uğurla bitirən qızlar işlə təmin olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB