Final gecəsinə az qalır

Bu gün "Miss Civilization Azerbaijan 2012" Mədəniyyətlər Gözəli müsabiqəsinin mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda təşkilatçı Cenk İçten, media nümayəndələri və başqaları iştirak edib.

Mərasimdə çıxş edən edən Cenk bəy tədbir haqqında məlumat verib: "Azərbaycan da daxil olmaqla 24 ölkənin təmsilçiləri bu yarışmadadır. Sentyabr ayının 22-də Heydər Əliyev sarayında saat 19:00-da final gecəsi olacaq. Onu da xüsusilə ilə vurğulayım ki, final gecəsində qızlar səhnəyə milli geyimdə "Sarı gəlin" mahnısı ilə çıxacaqlar. Qalib gələn qıza 25 minlik tac veriləcək. "Miss Civilization Azerbaijan 2012" Mədəniyyətlər Gözəli müsabiqəsinin yaradıcısı Suhadır. Münsiflər heyətində Aygün Kazımova, Suha, Ahmad Akkaya və mən olacağıq. Gecənin aparıcıları isə ATV kanalının teleaparıcılarıdır. Hazırda məşqlər gedir. Qızları finala xareoqraf Aleks Kramarenko hazırlayır".

Qeyd edək ki, tədbirdə təmsilçi qızlar bir-bir təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə