Azərbaycanın gənc və çox istedadlı müğənnisi Günay İbrahimli yeni "hit"i ilə tamaşaçılarını sevindirib. SİA-nın məlumatına görə, ifaçı xanım xeyli zamandır üzərində çalışdığı "De, onun adı nədir?" mahnısını ərsəyə gətirib. Sözləri Azər Şirinə musiqisi Elçin Cəfərov və Tərlan Məmməhüseynova məxsus mahnı artıq internet istifadəçilərinin ixtiyarına buraxılıb. Musiqidə Elçin Cəfərovun da səsini eşitmək olar.
Retro mahnılarını xatirladan "De, onun adı nədir?"-dən böyük səs-küy gözləyən Günay fikirlərini bizimlə bölüşüb: "Digər ifalarım kimi bu mahnıma da böyük ümidlər bəsləyirəm. Mahnı çox ürəyimcədir. İnanıram ki, tamaşaçılar da çox bəyənəcək. Allahın köməkliyi ilə mahnı "hit" olacaq. Məqsədə doğru irələyən insan niyətinin nə olduğunu bilməlidir. Atalar nahaqdan deməyib "Niyətin hara mənzilin ora". Mən də niyyətimi və məqsədimin nə olduğunu bilirəm. Tamaşaçılara əsla keyfiyyətsiz mahnı təqdim etmərəm. Üzə çıxaracağım musiqilər həm də düzğün təqdim olunmalıdır".
Onu da bildirək ki, Günay sözügedən mahnıya klip çəkdirməyi də planlaşdırır.
Musiqini dinləmək üçün aşadığıdaki videoya daxil ola bilərsiz:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB