Azərbaycanlı xanəndə İlahə İbadova şəxsi həyatından danışıb. İkinci dəfə ailə qurmağı planlaşdırmayan xanəndə başının işlərinə qarışdığını deyib. SİA-ya açıqlama verən İbadova ikinci dəfə ailə quran insanlara normal münasibət bəslədiyini etiraf edib: "Şəxsi həyatımda hələ ki, heç bir yenilik yoxdur. Hər şey öz axarında gedir. Sakitçilikdir. Başımı aşağı salıb yeni işlərlə məşğul oluram. Hələ ki, karyera qururam. 1 dəfə evli olub boşandığım üçün ikinci dəfə ailə qurmağa çəkinirəm. Çünki heç kimə inanıb, etibar etmirəm. Odur ki, evliliyi qəti fikirləşmirəm. Ancaq ailə həyatı qurmaq eşqinə düşsəm, o insan haqqında maraqlandıqdan sonra həyatımı birləşdirəcəm".
Qeyd edək ki, muğam ifaçısı İlahə İbadovanın keçmiş həyat yoldaşının adı Amid olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB