Azərbaycanın ev sahibliyi edəcəyi və sentyabrın 22-si Heydər Əliyev sarayında gerçəkləşəcək "Miss Civilization of The World 2012" Mədəniyyətlər gözəli müsabiqəsinin finalçıları dünəndən etibarən paytaxtımıza təşrif buyururlar. SİA-nın məlumatına görə, Macarıstan, Avstraliya, Ukrayna və Çerkesiya respublikasının iştirakçıları artıq Bakıdadır. İki gün ərzində digər iştirakçı ölkələrin də gözəlləri paytaxtda olacaqlar. Bütün iştirakçılar bir arada olduqdan sonra təşkilatçıların onlar üçün qurduqları gündəlik plan üzrə davranılacaq.
Qeyd edək ki, müsabiqə CFC Organization və ATV kanalının təşkilatçılığı, Türkiyədə fəaliyyət göstərən Akkaya Productionun dəstəyə ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB