Filipp Kirkorov Bakıda konsert verəcək

Filipp Kirkorov Bakıda konsert verəcək

Rusiyanın tanınmış müğənnisi, xalq artisti Filipp Kirkorov noyabrın 9-da Bakıda ilk solo konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, müğənninin Heydər Əliyev Sarayında keçirəcəyi konsertin biletləri artıq satışa çıxıb. Filipp Kirkorovun konsertinin biletləri 45 manatdan 700 manata kimi satılır.

Məlumata görə, qısa müddətdir satışa çıxarılmasına baxmayaraq, artıq ilk 20-ci sıraya kimi 700 və 500 manatlıq biletlər alınıb. Hazırda şəhərin mərkəzi kassalarında sözügedən konsertə biletlər yalnız 20-ci sıradan başlayır və 45-100 manat arasındadır.

Qeyd edək ki, bu Filipp Kirkorovun Bakıda ilk çıxışı deyil. Bir neçə il əvvəl müğənni bəstəkar İqor Krutoyun Bakı səhnəsində keçirilən yaradıcılıq gecəsində çıxış edib. Gözlənilən konsert isə Filipp Kirkorovun ilk solo çıxışıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə