Azad Azərbaycan Teleradio Yayım Şirkətinin (ATV) simalarından olan aparıcı-djlər Elvira İsmayilova və Rüfət Ağayev uzun zamandır birgə çalışırlar. Onlar hər səhər 106.3 FM radiosunda dinləyiciləri salamlayırlar. SİA xəbər verir ki, həmkarlar həm də çox yaxın dostdular. Onların aralarındakı səmimi münasibəti radionun mikrafonu arxasından da sezmək çətin deyil.
Elvira və Rüfət səhər efirlərindən öncə Dəniz Kənarı Milli Parka idman etmək qərarına gəliblər. Yüksək əhval-ruhiyyədə baş tutan qaçış, sonradan şəhərdə gəzinti ilə davam edib. Qlamur görünüşə üstünlük verən Elvira və Rüfət həm dincəlib, həm də yeni şəkillər çəkdiriblər.
Onu da bildirək ki, Rüfət və Elvira bir müddət ATV telekanalında yayımlanan "Bizim səhər" verilişini birgə aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB