Azərbaycanın tanınmış teleaparıcı Günel Hümbətova müğənnilik eşqinə düşüb. Şou-biznesə gəlişi ilə xeyli söz-söhbətə səbəb olan teleaparıcını bundan sonra həm də ifaçı qismində görəcəksiniz. Günelin SİA-ya verdiyi məlumata görə, o, daha öncə də ifaçılıq edib: "Mən efirə birdən-birə çıxmamışam. 4 il bundan öncə "Yeni Ulduz" müsabiqəsində iştirakçı olmuşam. Orada 8-ci yerə layiq görülmüşəm. Mənim öz ixtisasım müğənnilikdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsiyəm".
Müğənnilik karyerasından böyük uğurlar gözləyən Günel çox iddialı olduğunu da gizlətmədi: "Onu da deyim ki, mən çox iddialıyam. İddiasız insan ölsün, yaşamasın! Hədəfində olan yer uğrunda həmişə mübarizə aparmalısan ki, gedib ora çatasan".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB