Rejissor Natəvan Həbibini "ağ yuyub qara sərdi"-QALMAQAL

Rejissor Natəvan Həbibini "ağ yuyub qara sərdi"-QALMAQAL

Azərbaycan şou-biznesində "Zorik" kimi tanınan rejissor Zöhrab Ağayev və müğənni Natəvan Həbibinin dost olması heç kimə sirr deyil. Zorik açıqlamaları zamanı dəfələrdə deyib ki, Natəvanı çox istəyir və ən hörmət etdiyi müğənnidir. Ancaq məclislərin birində rejissorun Natəvanı görən kimi məkanı tərk etməsi gözümüzdən qaçmadı. Hətta Zorik Natəvan Həbibi mahnı ifa edərkən qulaqlarına pambıq tıxayaraq zalı tərk etdi. Biz də bu məsələ ilə bağlı Zorikə sual verdikdə o, SİA-ya belə cavab verdi: "Natəvan kimdir? Türkmənistandan gələn qız? Şou-biznesdə bir nəfərdən başqa düşmənim yoxdur. Bir nəfər dediyim insandan da mənə çox pis enerji gəlir. Natəvan Həbibinin səsi mənə xoş gəlmədiyindən məclisi tərk etdim. Hətta qulaqlarıma belə pambıq tıxadım. Adıçəkilən insan üçün çox olar ki, mən onunla düşmənçilik aparım. O, hara, mən hara ? Mən Lətif Kərimovun nəvəsi Zöhrab Ağayevəm. Natəvanın kim olduğu isə mənim üçün maraqlı deyil. Natəvan Həbibi heç mənim "etiket"im ola bilməz. İndiki bəzi cücələr ortaya çıxaraq özlərini adam hesab edirlər".

Qeyd edək ki, rejissor illərlə düşmən olan Natəvan Həbibi və Aygün Kazımovanın münasibətlərinə də toxundu: "Aygün Kazımova dünyaya gələndən başında "tacı" ilə doğulub. Bəziləri deməsinlər ki, Natəvanla dalaşmışam ona görə, Aygün xanımı tərifləyirəm. Sadəcə olaraq Aygün Kazımovaya hörmətsizlik etmək istəmirəm. Onu da nəzərinizə çatdırım ki, Aygün Kazımova bir çox dövlət mükafatlarının sahibidir. Ona xalq artisti adını veriblər. Odur ki, indi çıxan cücələr ona söz demək yox, heç yanından belə keçə bilməzlər".

Məsələ ilə bağlı qarşı tərəfin, yəni Natəvan Həbibinin də fikirlərini öyrənmək istədik. Natəvan xanım isə adıçəkilən insan haqqında danışmaq istəmədiyini bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə