Şou-biznesin seçilənləri

Dünən Mədəniyyət və Turizm Xəbərləri internet portalının təsis etdiyi "Star-2012" milli mükafat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimi idarə etmək məşhur teleaparıcılar İlahə Nizamiqızına və Zabir Əliyevə həvalə olunub.

"İlin" mükafatları müğənnilərə, media nümayəndələrinə, prodüsserlərə, klipmekirlərə və başqalarına təltif olunub. Onlar arasında Əməkdar İncəsənət xadimi Fəxriyyə Xələfova, müğənnilərdən Aygün Kazımova, Natəvan Həbibi, Elnur Məmmədov, Tunar Rəhmanoğlu, Bahar Lətifqızı, İlahə İbadova, Tunar Rəhmanoğlu, Sevinc Ağaşirinova, Yaşar Yusub, Yaşar Cəlilov, Nadir Qafarzadə, Murat Sadıq, prodüsserlərdən Tolik ( Tarix Əliyev), Ceyhun Məhərrəmov, Roland Bayramov, klipmekirlərdən Zöhrab Ağayev, stilist Anar Ağakişiyev media nümayəndələrindən Trendlife.az sayıtının baş redaktoru Vüqar İmanov, Anspressin əməkdaşı Zülfiyyə Qurbanova, Səs İnformasiya Agentliyinin əməkdaşı Ceyran Əsgərova və digərləri var idi.

Mərasimdə yadda qalan məqamlar çox olub. Onlardan biri isə müğənni Natəvan Həbibinin diplom aldıqdan sonra mahnısını ifa edərkən klipmekir Zöhrab Ağayevin qulağına pambıq tıxayıb zaldan çıxması olub.

Qeyd edək ki, mərasimdə tanınmışlarla bərabər tanınmayan simalar da çoxluq təşkil edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə