Rəqqasə Fatimə ona söz atanların cavabını verdi

Rəqqasə Fatimə ona söz atanların cavabını verdi

Şou biznes aləmində qalmaqallar səngimək bilmir. Müğənnilər kimi rəqqasələr arasında da zaman-zaman mübahisələr yaranır. Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin məzunu, tanınmış rəqqasə Fatimə Fətəliyevanın da bostanına daş atıb özlərini reklam edənlərin siyahısı az olmayıb. Xüsusilə "Göyçək" Fatimənin bir müddət əvvəl Dövlət Mahnı Teatrında təqdim etdiyi solo konsertdən sonra deyəsən həmkarları onu yenidən əməlli başlı qısqanmağa başlayıblar.

Son günlər Şəhriyar adlı rəqqas da bəzi saytlarda yenidən Fatimənin bostanına daş atıb ki, yada düşsün. Fatimə isə yaradıcılıq işləri ilə ciddi məşğul olduğundan belələrinə cavab verməyə vaxtının olmadığını SİA-ya açıqlamasında dedi: "Düzünü desəm, belə insanların barəmdə nə söylədikləri məni qətiyyyən maraqlandırmır. Əgər haqqımda ciddi insanlar fikir söyləsəydilər, onda narahat olmağa səbəbim olardı. Məni Azərbaycanda kifayət qədər yaxşı tanıyırlar. Bəzilərindən fərqli olaraq bu sahəyə dərindən yiyələnmək üçün Universitet bitirmişəm, diplomum var. Ona görə də özümə professional rəqqasə deməyə haqqım çatır. Bu gün mən professional rəqqasə kimi dövlət tədbirlərində iştirak edirəm, mənə el şənliklərində tələbat var. Bununla yanaşı mən həm də biznes ledi kimi fəaliyyət göstərirəm. Görünür mənim bir peşəkar rəqqasə kimi uğurlarım bəzi həmkarlarımın yuxusuna haram qatıb. Mənim barəmdə danışmaqdansa, yaxşı olar ki, ciddi sənətlə məşğul olsunlar. Mən bu gün bəlkə də yeganə rəqqasəyəm ki, böyük konsert layihəsi ilə çıxış etdim. Hələ layihələrim bununla bitmir. Mənim konsertim kimi bir layihə təqdim etsinlər, ondan sonra bəlkə belələrinə cavab verməyi düşünərəm. Məni təqdim edəndə bircə Göyçək Fatimə demək kifayət edir. Bəs onları kim tanıyır"?

Bütün xəbərlər Facebook səhifəmizdə