Maykl Cekson ölümə məhkum edilibmiş

Maykl Cekson ölümə məhkum edilibmiş

2009-cu ilin iyun ayında, yuxusuzluqdan xilas olmaq üçün həddindən artıq dərman istifadə edərək vəfat edən pop musiqinin əfsanəsi Maykl Ceksonun sığorta iddialarıyla əlaqədar e-mail yazışmaları mətbuata sızıb. Ortaya çıxan yazılarda Ceksonun meneceri Randy Phillipsin sənətçinin çətin vəziyyətdə olduğunu bildiyi halda turne təşkil etdiyindən bəhs edilir.

Phillips turne ilə əlaqədaq sənədlərdə Ceksonun razılaşmalı olduğu AEG adlı şirkətin müdirinə: "Maykl Cekson otağında kilidli, spirtli və ümidsiz vəziyyətdə… Onu ayıltmağa çalışıram", - yazıb. AEG Başçısının Phillipsə cavabı isə: "Mənimlə zarafat edirsən? O turne mütləq olmalıdır", – olub. "Los-Angeles Times"in oxuculara təqdim etdiyi 250 səhifəlik yazışmalar sənətçinin sevənləri tərəfindən: "Cekson, bilərək ölüməmi göndərildi?", - şərhlərinə səbəb olub.

Digər tərəfdən Amerikalı rejissor Spike Leenin "Bad25" adlı Maykl Ceksona həsr olunmuş sənədli filmi Venedik Film Festivalında yarışma böyük uğur qazanıb. Lee: "Bu sənədli film ona eşq məktubumdur", - deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə