Saxta nəticələr üzə çıxdı

Məşhur müğənni Ledi Qaqa və kanadalı müğənni Castin Biber 30 milyon izləyiciylə "Twitter" sosial şəbəkəsində ən çox təqib olunan məşhurlar siyahısında liderlik edirlər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İngiltərənin "Status People" şirkətinin yaratdığı proqram sayəsində müğənnini izləyənlərin bir qisminin saxta olduğu üzə çıxıb. Proqramın nəticəsinə görə, Ledi Qaqanın səhifəsini izləyənlər arasında "aktiv" və "aktiv olmayan" kateqoriyalar var.

Qeyd edək ki, onların 40 faizi saxtadır.

Bütün xəbərlər Facebook səhifəmizdə