Aktrisa döyüldü

Türkiyənin baxımlı serialı "Sultan" kinosunun qəhrəmanı Nurgül Yeşilçay bir ildir bərabər olduğu sevgilisi, rejissor Tolqa Karaçeliki qızlarla birlikdə əylənərkən tutub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Yeşilçay sevgilisinin əyləndiyi məkana gedib. Deyilənlərə əsasən, cütlük dalaşıb və T.Karaçelik N. Yeşilçaya şillə vurub.

Sözügedən hadisə ilə bağlı jurnalistlərə açıqlama verən xanım aktrisa olanları təkzib edib: "Üçümüzdə əylənmək üçün məkanların birinə getmişdik. Oğlum yoruldu üçün tez yatmalı oldu. Məndən buna görə, məkandan tez getməli oldum. Tolqa isə dostlarımızın yanında qaldı. Daha sonra evə gəldi. Yəni ki, yayılan söz-söhbətlər şayədir. Heç bir davamız olmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə