Stress atan müğənni yaxalandı

Azərbaycanın estradasının tanınmış müğənnisi Nazənin istirahət etmək üçün Bodruma üz tutub. Bu haqda SİA-ya müğənni xanımın özü açıqlama verib: "Hazırda Bodrumda dəniz kənarında istirahət edirəm. Çünki dəniz insana rahatlıq verir. Eyni zamanda da romantik abhava yaradır. Yaxşıca dincəlmişəm. Əhval-ruhiyyəm də əlamdır. Sənət adamlarının dincəlməyə və stress atmağa daha çox ehtiyyacları var. Çünki il boyu dincəlmədən çalışırıq. Onu da deyim ki, bu yaxınlarda ailəmlə birgə Antalyaya istirahət etməyə getmişdik. Ora çox isti idi".

Onu da deyək ki, ifaçı istirahət etdikdən sonra yaradıcılıq işləri ilə də məşğul olacaq və payız ayının sonlarına maraqlı proyektlər hazırlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə