Bakı gözəllərinin unudulmaz rəqsi

Dünən şou-biznes nümayəndələrinin iştirakı ilə paytaxtın gecə klublarının birində açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, gecəni idarə etməsi üçün müğənni Sevinc Ağaşirinova həvalə olunub.

Tədbirdə əməkdar artisti müğənni Ədalət Şükürov, müğənni Günel Ələkbərova, Nadir Qafarzadə, Zarina, Aytac Vəliyeva, Səidə Dadaşovanın keçmiş həyat yoldaşı Səlçuk Gökgözün, Məryəm Şabanova, teleaparıcı Samir Bayramlı, təşkilatçı Nahid Emiloğlu, "Miss Civilization Azerbaijan 2012" Mədəniyyətlər Gözəli müsabiqəsinin Azərbaycan iştirakçıları və başqaları iştirak ediblər.

Mərasimdə yadda qalan məqamlar çox olub. Yadda qalan məqamlardan biri Günel Ələkbərovanın əhval-ruhiyəsinin olmaması olub. Günel gecəboyu Ədalət Şükürovla dərtləşərək rahatlıq tapıb.

Daha sonra tədbirə qatılan Nadir Qafarzadə zala daxil olaraq sözün əsl mənasında gecəyə rəng qatıb.

Mərasimdə ən maraqlı hadisə isə "Miss Civilization Azerbaijan 2012" Mədəniyyətlər Gözəli müsabiqəsinin Azərbaycan iştirakçılarının heç kimdən və heç nədən çəkinmədən özlərinə "əl qatıb" oynaması olub. Gecə boyunca rəqs edən qızlar əməllica başlı tədbir iştirakçılarını təəccübləndirə biliblər.

Qeyd edək ki, klubun rəhbəri, tanınmış təşkilatçı Kamal Cenk İçtəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə