Uitni Hyustonun son filmi ekranlara çıxır VİDEO

Uitni Hyustonun son filmi ekranlara çıxır VİDEO

Bu gün məşhur müğənni və aktrisa Uitni Hyustonun baş rolu ifa etdiyi son filmi ABŞ-da böyük ekranlara çıxarılır. "Sparkle " filmin rejissoru Salim Akiladır. Filmin çəkilişləri müğənninin dünyasını dəyişməsindən 3 ay əvvəl aparılıb. Xatırladaq ki, Uitni yaşasaydı, bu ay onun 49 yaşı tamam olacaqdı.

Bu ekran əsəri atasız böyüyən 3 bacının həyatından bəhs edir. Sonradan bacılar məşhur insanlar olurlar.

"Sparkle" də Hyuston bir mahnı ifa edir. O, bu mahnını filmdə baş rolun iştirakçısı, tanınmış amerikalı müğənni Cordin Sparksla birgə oxuyur.

Filmin büdcəsi isə 17 milyon dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə