Qalmaqallardan qorxan müğənni

Azərbaycanlı müğənni Təranə Qumral qalmaqaldan danışıb. Bu zamanadək qalmaqal etməməyinin səbəblərini etiraf edib. SİA-ya açıqlama verən Təranə xanım bunları deyib: "Heç vaxt qalmaqalla gündəmə gəlmək fikrim olmayıb. Çünki ən azından məni sevənlər və izləyənlər var. Eyni zamanda da övladlarımıza görə, dedi-qoduya üstünlük verməmişəm. Hər zaman xanımlığımı qorumağa çalışmışam və özümə hörmət etmişəm".

Qeyd edək ki, Təranə Qumral müğənni Musa Musayevin həyat yoldaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə